Minsk Qrupunun həmsədrləri Yerevana gəlib

27 May 2019 16:28 (UTC+04:00)

Ermənistan XİN rəhbəri Zoqrab Mnatsakanyan ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edib. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, həmsədrlər İqor Popov, Stefan Viskonti və Endryu Şoferi ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik müşaiyət edib.

Həmsədrlərin Yerevandan Xankəndi və Bakıya gedəcəkləri gözlənilir.