Məşhur arxivlərin materialları əsasında yazılan kitab - Özəl

27 May 2019 15:54 (UTC+04:00)

Dünyanın məşhur arxivlərinin materialları əsasında yazılmış və 15 illik zəhmətin məhsulu olan Ədalət Tahirzadənin müəllifi olduğu "Azərbaycan Cumhuriyyəti Tələbələri" kitab mağazalarnda maraqla qarşılanıb. SİA-nın məlumatına görə, kitabda indiyədək heç yerdə rast gəlinməyən maraqlı faktlar, materiallar var.

Oxucular kitabda əksəriyyəti ilk dəfə dərc olunan nadir sənədlərlə, fotoşəkillərlə tanış olacaqlar.Kitab "TEAS" Nəşriyyat Evində çap olunub.