Rusiyada AL-in final matçını Andrey Arşavin şərh edəcək

27 May 2019 15:26 (UTC+04:00)

Futbol üzrə Avropa Liqasının Bakıda keçiriləcək final oyunu dünyanın bir çox telekanalı vasitəsilə canlı yayımlanacaq. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sözügedən ölkədə "Matc TV"nin yayımlayacağı "Çelsi" - "Arsenal" matçının şərhçilərindən biri yerli futbol veteranı Andrey Arşavin olacaq. "Topçular"ın sabiq üzvü jurnalist Timur Juravellə birlikdə həlledici qarşılaşmanı şərh edəcək.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı yerli vaxtla 23:00-da başlayacaq.