UEFA “Arsenal”ın kefinə “soğan doğradı” MXİTARYANA GÖRƏ!

27 May 2019 14:51 (UTC+04:00)

Londonun “Arsenal” futbol klubunun futbolçuları Avropa Liqasının finalı öncəsi erməni yarımüdafiəçi Henrix Mxitaryana dəstək göstərə bilməyəcəklər. SİA xəbər verir ki, bu barədə Daily Mail nəşri yazır.

Məlumata görə, “topçular” Mxitaryana dəstək göstərmək üçün müzakirə aparıblar və məşq vaxtı erməni futbolçunun soyadını daşıyan futbolkalarla yaşıl sahəyə çıxmaq qərarına gəliblər. Lakin UEFA “Arsenal” futbolçularının keflərinə “soğan doğrayıb”. Belə ki, Avropanın ali futbol qurumu sözügedən aksiyaya icazə verməyib və bunu belə əlaqələndirib ki, qaydalara görə, müvafiq fəaliyyətlər yüksək orqanlarla razılaşdırılmalıdır, lakin həmin orqanlar da mövcud ideyaya dəstək göstərməyib.

Xatırladaq ki, Mxitaryan Bakıdakı final oyununa qatılmamağını siyasi motivlərlə əlaqələndirib və Avropanın futbol cameəsi onun bu addımını dəstəkləməyib.