"Sumqayıt"ın ev oyunlarını 14 650 azarkeş izləyib

27 May 2019 14:40 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümü arxada qalıb. SİA-nın məlumatına görə, 28 turluq marafonun sonunda "Sumqayıt" 29 xalla çempionatı 6-cı pillədə bitirib. "Gənclik şəhəri" təmsilçisi arxada qalan mövsümün 14 ev qarşılaşmasının 5-ni müəyyən səbəblərə görə “Dalğa Arena” və “Bayıl Arena”da, qalan 9 matçı isə doğma meydanda - "Kapital Bank Arena"da keçirib. "Sumqayıt"ın ev oyunlarını 14 tur ərzində ümumilikdə 14 650 azarkeş izləyib.

"Sumqayıt" klubu azarkeşlərə təşəkkürünü bildirib.