Bakıda ata və oğlu ağır qəzaya düşdü

27 May 2019 13:05 (UTC+04:00)

Xətai rayonunun N.Tusi küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mayın 26-da saat 12:00 radələrində Xətai rayonunun N.Tusi küçəsi ev 39-un qarşısında Bakı şəhər sakini Roman Qorlanov idarə etdiyi “Zontes” markalı motosikleti yolun kənarında dayanmış “Foton” markalı yük avtomobilinə vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan oğlu xəstəxanaya yerləşdirilib.

Xətai RPİ tərəfindən araşdırma aparılır.