41 kurs tələbəsi sertifikat alacaq

27 May 2019 12:35 (UTC+04:00)

Mayın 31-də Bakı Yunus Emre İnstitutu və BUSMEK-in birgə əməkdaşlığı ilə İnstitutda verilən ebru, tezhib və çini kurslarını bitirən tələbələrə aid əsərlərin yer alacağı sərginin açılışı olacaq. SİA-nın məlumatına görə, 41 kurs tələbəsinin sertifikat alacağı sərginin açılış proqramında Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral iştirak edəcək.

Sərgi saat 17.00-da, Bakı Yunus Emre İnstitutunun sərgi salonunda keçiriləcək.