Xüsusi olimpiyaçılarımız beynəlxalq futbol turnirinin qalibi olublar - FOTOLAR

27 May 2019 12:34 (UTC+04:00)

Azərbaycanın xüsusi olimpiyaçıları Hollandiyanın Tilburq şəhərində keçirilən qadınlar arasında beynəlxalq futbol turnirinin qalibi olublar. SİA-nın məlumatına görə, Azərbaycan Xüsusi Olimpiya Komitəsindən bildiriblər ki, yarışda ölkəmizi təmsil edən qızlardan ibarət futbol komandası uğurla çıxış edərək turnirin qızıl medalını qazanıb. Turnirdə Fransa yığmasını 5:1, Polşa idmançılarını 8:0, Hollandiya və Litva millilərini 3:1, Xorvatiya seçməsini isə 4:0 hesabı ilə məğlub edən komandamız yalnız Danimarkaya 0:1 hesabı ilə uduzub.

Finalda Danimarka seçməsi ilə yenidən qarşılaşan təmsilçilərimiz bu dəfə 3:0 hesabı ilə qalib gələrək turnirin kubokunu başları üzərinə qaldırıblar.