Bəhram bundan sonra AzTV-də işləyəcək

27 May 2019 16:26 (UTC+04:00)

Əməkdar artist Bəhram Bağırzadə AzTV-də işə başlayıb. SİA-nın məlumatına görə, o, bundan sonra kanalda aparıcılıq edəcək.

Aktyorun verilişinin adı isə “Bəhram+”dur. Artıq proqramın ilk çəkilişi də baş tutub.

Qeyd edək ki, veriliş həftədə bir dəfə yayımlanacaq.