"Beşiktaş"ın futbolçusu komandadan ayrılıb

27 May 2019 09:21 (UTC+04:00)

Türkiyənin "Beşiktaş" klubunda ayrılıq baş verib. SİA-nın məlumatına görə, İstanbul klubunun qış fasiləsində "Borussiya"dan icarəyə götürdüyü Şinji Kaqava komandadan ayrılıb.

"Çempionluğu qaçırdığımız üçün üzgünəm. Komandaya istədiyim performansda kömək edə bilmədim. Türkiyədəki azarkeşlər hər zaman xatirələrimdə yer alacaq", - deyə yaponiyalı yarımmüdafiəçi "İnstagram" hesabında yazıb.

Qeyd edək ki, Kaqava "Beşiktaş"da 14 oyuna 4 qol vurub, 2 qol ötürməsi verib.