Azərbaycanın aerodans komandası AÇ-də qızıl medal qazanıb

26 May 2019 18:37 (UTC+04:00)

Bakıda keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatında Azərbaycan komandası qızıl medal qazanıb. SİA-nın məlumatına görə, böyüklərdən ibarət aerodans komandamız 17,800 balla fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Rusiya komandası 17,750 balla ikinci, Rumıniya yığması 17,400 balla üçüncü olub.