Bolqarıstanda kiçik motorlu təyyarə qəzaya uğrayıb

27 May 2019 01:53 (UTC+04:00)

Bolqarıstanda Sofiya rayonunun İxtiman şəhərində kiçik motorlu təyyarə qəzaya uğrayıb.

SİA xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, qəza nəticəsində təyyarə yanıb, kabinədəki iki nəfər – pilot kişi və sərnişin qadın həlak olub. Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürən maşınlar cəlb olunub. Təhqiqat aparılır.