Suda boğulan balıqçı xilas edilib

26 May 2019 17:09 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Səbail rayonunda, dənizdə istifadəyə yararsız estakadanın üzərində 1 nəfərin (balıqçı) yıxılaraq xəsarət alması və orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. SİA FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal çağırış ünvanına cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.