Laricani yenidən spiker seçildi

26 May 2019 17:05 (UTC+04:00)

Əli Ərdaşir Laricani yenidən İran parlamentinin spikeri seçilib. SİA-nın verdiyi məlumata görə, parlamentin bu gün keçirilən açıq sessiyasında iştirak edən 274 deputatdan 155-i onun sədrliyinin lehinə səs verib. Məhəmməd Rza Arif 105, Məhəmməd Cavad Əbtəhi isə 9 səs toplayıb.

Qeyd edək ki, Əli Ərdaşir Laricani 2008-ci ildən İran parlamentinin sədridir. O, İranın ali dini lideri Ayətulla Xameneyinin Milli Təhlükəsizlik üzrə İran Ali Şurasındakı nümayəndəsi, həmçinin İranın nüvə proqramı üzrə danışıqlara cavabdeh şəxs olub.