Gənclər arasında aero dans proqramında qaliblər məlum oldu

26 May 2019 14:43 (UTC+04:00)

Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının gənclər arasında aero dans proqramında qalibləri müəyyənləşib. SİA-nın verdiyi məlumata görə, aero dans proqramında birinci yerə rusiyalı gimnastlar layiq görülüb (17,700 bal), gümüş medalı Rumıniya gimnastları (17,350 bal), "bürüncü" isə macarıstanlı idmançılar qazanıb (17,200 bal).

Azərbaycanın gənc komandası (Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova) 16,225 bal nəticəsi ilə 7-ci pillədə qərarlaşıblar.

Xatırladaq ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir. Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnast iştirak edir.

Azərbaycanı Avropa Çempionatında 17 gimnast təmsil edir - Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva, Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova.