“Arsenal” Mxitaryanı satışa çıxarır “Özünü doğrultmur”

26 May 2019 12:12 (UTC+04:00)

"Arsenal" erməni futbolçusu Henrik Mxitaryanı satışa çıxarmağı planlaşdırır. SİA-nın verdiyi məlumata görə, klubun rəsmi açıqlamasında 30 yaşlı futbolçunun artıq özünü doğrultmadığı və ona görə də çox vaxt ehtiyatda saxlanıldığı qeyd olunub.

Xatırladaq ki, Mxitaryan zəmanət verilməsinə baxmayaraq, təhlükəsizliyi səbəbindən mayın 29-da UEFA-nın Avropa Liqasının Bakıda keçiriləcək final oyununa gəlməkdən imtina edib.