348 qanunsuz miqrant saxlanılıb

25 May 2019 16:30 (UTC+04:00)

İstanbulun Bağcılar və Esenyurt rayonlarında aparılan əməliyyatlar nəticəsində Türkiyə ərazisinə qanunsuz yollarla daxil olmuş 176 nəfər saxlanılıb. SİA xəbər verir ki, bununla da son bir həftədə İstanbulda saxlanılan qanunsuz miqrantların sayı 348-ə çatıb.

Saxlanılan əcnəbilər aidiyyəti qurumlara təhvil verilib.

Bu istiqamətdə araşdırmalar davam etdirilir.