ABŞ-da təyyarə Atlantik okeana düşüb

25 May 2019 14:11 (UTC+04:00)

ABŞ-ın Florida ştatında təyyarə qəzası baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Cessna" tipli biznes təyyarəsi Florida sahilləri yaxınlığında qəza uğrayaraq Atlantik okeana düşüb.

ABŞ Federal Aviasiya idarəsinin "Twitter" səhifəsində yayılan məlumata əsasən, təyyarənin pilotu qəza nəticəsində həlak olub. Təyyarədə ondan başqa heç kim olmayıb. Dispetçerlərin sözlərinə görə, qəzadan təxminən bir saat əvvəl pilotla əlaqə kəsilib.