Azərbaycan cüdoçusu Qran-Pri turnirində finala çıxıb

25 May 2019 12:47 (UTC+04:00)

Azərbaycan cüdoçusu Hidayət Heydərov Çinin Hohhot şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin finalına vəsiqə qazanıb. SİA-nın məlumatına görə, Qran-Prinin ikinci günündə mübarizəyə qoşulan Hidayət Heydərov (73 kq) bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə onun rəqibi Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Viktor Skvartov olacaq.

Çin Qran-Prisində 43 ölkədən 300-dən çox cüdoçu iştirak edir.

Qeyd edək ki, Hidayət Heydərov mayın 10-12-də Bakıda keçirilmiş “Böyük dəbilqə” turnirinin qalibi olub.