Ağdamda kişi qadını bıçaqlayaraq öldürüb

25 May 2019 00:05 (UTC+04:00)

Ağdam rayonunda kişi qadına çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb "Report"un Qarabağ mərkəzinin məlumatına görə, hadisə rayonun Əhmədağalı kəndində yerləşən “Balıqçılıq” kafesində qeydə alınıb.

Belə ki, rayonun Yuxarı Yüzbaşılı kənd sakini, 1964-cü il təvəllüdlü Təzəgül Sadıq qızı Vəliyeva həmyerlisi Evoğlu kənd sakini, 1969-cu il təvəllüdlü Ayaz Kərim oğlu Quliyev tərəfindən bıçaqlanıb. Yaralı Ağdam Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.