Everton Kardoso “Levante” ilə yeni müqavilə imzalayıb

24 May 2019 23:26 (UTC+04:00)

Futzal üzrə Azərbaycan millisinin müdafiəçisi Everton Kardoso klubu “Levante” ilə yeni müqavilə imzalayıb. Klubun saytında yer alan xəbərə görə, onunla bu ilin mayın sonunda başa çatacaq müqavilənin müddəti daha bir il uzadılıb.

Qeyd edək ki, 2016-ci ildən Azərbaycan yığmasına cəlb edilən E.Kardoso ötən ilin yayından İspaniya təmsilçisində çıxış edir.