Floridada edam cəzası tətbiq edildi FOTO

24 May 2019 13:15 (UTC+04:00)

Amerikanın Florida ştatında seriyalı qatil Robert Co Lonqa qarşı ölüm cəzası tətbiq olunub. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, o 1984-cü ildə səkkiz nəfər qadını qətlə yetirdiyini etiraf edib. Qatilə ölümcül inyeksiya vurulub. Belə ki, Lonq 1985-ci ildə 22 yaşlı qızı öldürdüyünü, sonra isə daha 7 nəfəri qətlə yetirdiyini, 40 qadını isə zorladığını etiraf edib.

Bu gün ABŞ-ın 31 ştatında (lider olaraq Texas göstərilir) ölüm cəzaları tətbiq olunmaqdadır. Məhbusların əksəriyyəti ölümcül inyeksiyaya üstünlük verirlər. Bəzi ştatlarda isə, güllələnmə, asılma, hətta qaz kamerası kimi ölüm cəzaları qüvvədə qalmaqdadır.

Bu ilin martında ABŞ prezidenti Donald Tramp Kaliforniya ştatında amerikalıların edam olunmamasından heyrət etdiyini deyib. Belə ki, 2006-cı ildən hazırkı dövrə qədər bu ştatda bir dəfə də olsa, edam aksiyası baş tutmayıb. Əhali arasında isə edam cəzasına dəstək azalmağa başlayıb. Hazırda Kaliforniyada ölüm cəzasına məhkum olunmuş 727 məhbus son saatlarını gözləyirlər.