Emil Balayev "Tobol" - "Kaysar" matçının ən yaxşılarından seçilib

24 May 2019 12:11 (UTC+04:00)

Millimizin və "Tobol" futbol klubunun üzvü Emil Balayev Qazaxıstan kubokunun yarımfinalında "Kaysar"la ilk oyunun (1:0) ən yaxşı üç futbolçusundan biri olub. SİA-nın məlumatına görə, sözügedən oyunda iki dəfə komandasını qoldan xilas edən 24 yaşlı qolkiper "Instat"ın təhlilinə əsasən, 269 xalla 3-cü olub.

Oyunun ən yaxşısı Cabı Xankav (303) seçilib. Ruslan Valiullin 272 xalla 2-ci olub.