İçməli suyun verilməsində məhdudiyyətlər olacaq XƏBƏRDARLIQ

24 May 2019 10:33 (UTC+04:00)

Bakı şəhəri Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yeni çəkilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar 24 may 2019-cu il tarixində 1-5-ci mikrorayonların bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. SİA xəbər verir ki, bu barədə “Azərsu” ASC abonentləri xəbərdarlıq edir.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.