Kəşfiyyatçı Rusiyada səfir olacaq

24 May 2019 01:43 (UTC+04:00)

Almaniya Rusiyadakı səfirini dəyişir.

SİA Almaniya xəbər agentliklərinə istinadən xəbər verir ki, səfir postunu yaydan etibarən Qeza Andreas fon Qeyr tutacaq.

Qeyd edək ki, Qeyr Müdafiə naziri Ursula fon der Lyayenin yaxın siması kimi tanınır. O həm də Alman Federal Kəşfiyyat Xidmətinin əməkdaşı olub.