Naxçıvandakı Duzdağ ərazisinin halofit bitki müxtəlifliyi araşdırılıb

24 May 2019 03:03 (UTC+04:00)

“Springer” nəşriyyatında çap olunan “Ekofiziologiya, abiotik stressə davamlılıq və halofitlərin istifadəsi” kitabının bir fəslinin müəllifləri Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun əməkdaşlarıdır.

Botanika İnstitutunun məlumatında deyilir ki, kitabın “Naxçıvan Muxtar Respublikasının Duzdağ ərazisinin halofit bitki müxtəlifliyi: Azərbaycan” adlı fəsli Botanika İnstitutunun etnobotanika laboratoriyasının müdiri, professor Səyyarə İbadullayeva və laboratoriyanın elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Nuri Mövsümovanın həmmüəllifliyi ilə hazırlanıb.