Portuqaliya millisi Millətllər Liqasının final mərhələsi üçün heyətini açıqlayıb

24 May 2019 00:36 (UTC+04:00)

Portuqaliya seçməsinin UEFA Millətllər Liqasının final mərhələsi üçün heyəti açıqlanıb.
Yerli federasiyanın rəsmi saytında yer alan məlumata görə, yığmanın baş məşqçisi Fernandu Santuş 23 futbolçuya dəvət göndərib. Onların arasında "Yuventus"un hücumçusu Kriştianu Ronaldo da var.

Qapıçılar: Beto ("Göztəpə"), Joze Sa ("Olimpiakos"), Ruy Patrisiu ("Vulverhempton")

Müdafiəçilər: Joau Kanselu ("Yuventus"), Nelson Semedu ("Barselona"), Joze Fonte ("Lill"), Pepe ("Portu"), Ruben Diaş ("Benfika"), Mariu Ruy ("Napoli"), Rafael Qerreyro ("Borussiya", Dortmund)

Yarımmüdafiəçilər: Danilo Pereyra ("Portu"), Ruben Neveş ("Vulverhempton"), Vilyam Karvalyu ("Betis"), Brunu Fernandeş ("Sportinq"), Joau Moutinyo ("Vulverhempton"), Pitsi ("Benfika"), Bernardu Silva ("Mançester Siti")

Hücumçular: Kriştianu Ronaldo ("Yuventus"), Qonsalo Qedeş ("Valensiya"), Rafa Silva ("Benfika"), Dioqu Jota ("Vulverhempton"), Dieqo Souza ("Braqa"), Joau Feliks ("Benfika")

Qeyd edək ki, A liqasının qrup qaliblərinin qatıldığı "Dördlər finalı"nın yarımfinalında Portuqaliya - İsveçrə və Hollandiya - İngiltərə cütləri mübarizə aparacaqlar. Oyunlar müvafiq olaraq, iyunun 5 və 6-da keçiriləcək. Portuqaliyada təşkil olnacaq turnirdə 3-cülük və final matçları isə iyunun 9-da olacaq.