Soydaşımız Ulyanovsk avtomobil zavodunun baş direktoru təyin edilib

23 May 2019 23:04 (UTC+04:00)

Soydaşımız Adil Şirinov Ulyanovsk avtomobil zavodunun (UAZ) baş direktoru vəzifəsinə təyin edilib. Bu barədə zavodun yaydığı press-relizdə məlumat verilib. A.Şirinov həm də “Ford Sollers” birgə müəssisəsinin prezidentidir.

O, 1964-cü ildə Bakıda doğulub, Nijni Novqorod Xarici Dillər İnstitutunu və Sankt-Peterburq Beynəlxalq Menecment İnstitutunu bitirib. Rusiyada avtomobil istehsalı sahəsində qabaqcıl mütəxəssislərindən sayılan A.Şirinov “Ford Sollers” birgə müəssisəsində bir sıra mühüm layihələrə rəhbərlik edib.

UAZ Rusiyanın “Sollers” konserninə daxildir. Hazırda zavod “Hanter”, “Patriot”, “Pikap” markalı avtomobillərin, eləcə də güc strukturları üçün nəqliyyat vasitələrinin istehsalını həyata keçirir.