Daha bir futbolçu "Atletiko"dan ayrılır

24 May 2019 03:18 (UTC+04:00)

Antuan Qrizmann və Dieqo Qodindən sonra daha bir futbolçu "Atletiko"dan ayrılır. Klubun rəsmi "Tvitter" səhifəsində yer alan xəbərə görə, ispaniyalı müdafiəçi Xuanfran da Madrid təmsilçisini tərk etməyə hazırlaşır. Məlumatı 34 yaşlı futbolçu özü də təsdiqləyib:
"Bu, mənim "Atletiko"da son günlərimdir. Ümid edirəm ki, tezliklə geri qayıdacağam. Bunu çox istəyirəm, çünki bura mənim evimdir. Karyeramın ən gözəl illəri "Atletiko"da keçib. Mən bu komandanın fanatıyam".
Qeyd edək ki, Xuanfran "Atletiko"ya 2011-ci ildə "Osasuna"dan keçib.