Everestə qalxmaq istəyən 2 alpinist ölüb

23 May 2019 21:03 (UTC+04:00)

İki alpinist Everestə qalxmaq istəyərkən həlak olub. AFP-nin yaydığı məlumatda deyilir ki, səbəb kimi həmin zirvəni fəth etmək istəyən şəxslərin çox olması göstərilib. İdmançılar bir neçə saat ərzində 8 48 metr hündürlükdə hərəkət etmək üçün gözləyiblər.

Amerikalı alpinist şəkil çəkdirməyə çalışarkən, zirvəni fəth edən hindistanlı qadın isə aşağı enərkən ölüb. Onların hər ikisinin 55 yaşında olduğu bildirilib.