Lənkəranda növbəti səyyar görüş keçirilib

23 May 2019 18:25 (UTC+04:00)

Görüşdə rayonunun Şıxəkəran kəndinin sakinlərinin problemləri və təklifləri dinlənilib

Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun görüşlər keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları barədə məlumat verən rayon rəhbəri, ölkəmizdə olduğu kimi, Lənkəran rayonunda da uğurlu işlərin görüldüyünü və əhalinin rifah halının daha da yaxşılaşdığını qeyd edib. Bildirib ki, dövlət başçısın regionlara, o cümlədən, Lənkəran rayonuna hər tarixi səfəri və səfər çərçivəsində vətəndaşlarla görüşü, hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşmasını bir daha sübut edir.

Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlar görülən işlərə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.

Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi və aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

R.HÜSEYNOVA