DGK dövlət büdcəsinə 1,4 milyard manatadək vəsait köçürüb

23 May 2019 17:20 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 1 milyard 391 milyon 858 min manat olub. SİA Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, dörd ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 314 milyon 800 min manat, əlavə dəyər vergisi üzrə 967 milyon 778 min manat, aksizlər üzrə 96 milyon 63 min manat, yol vergisi üzrə isə 13 milyon 216 min manat təşkil edib.