Ankara və Tehran ikitərəfli münasibətləri müzakirə ediblər

23 May 2019 17:08 (UTC+04:00)

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın, İran xarici işlər nazirinin müavini Sayed Kazım Sajadpur ilə görüşüb. SİA "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Kalın Twitter-də yazıb.

Görüşdə Türkiyə ilə İran arasındakı əlaqələr, bölgədəki vəziyyət və qarşılıqlı maraq doğuran mövzular müzakirə edilib.

Türkiyə prezidentinin sözçüsü görüşdən çəkilmiş fotoşəkilləri "Twitter"də yerləşdirib.