Rauf Zeyni: “Amnesty İnternational qarayaxma kampaniyası aparır” RƏY-ÖZƏL

23 May 2019 17:04 (UTC+04:00)

“Azərbaycan dövləti bir uğur, nailiyyət əldə edən kimi Amnesty İnternational kimi beynəlxalq təşkilatlar o dəqiqə narahat olurlar”. Bunu SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib. Onun sözlərinə görə, onlar Azərbaycanın uğurlarından qıcıqlanırlar və qısqanclıq hisi ilə qarayaxma kampaniyası aparmağa başlayırlar: “Nə üçün eyni münasibəti Ermənistana və başqa ölkələrə bildirmirlər? Azərbaycan türk-müsəlman ölkəsi olaraq Qafqazda lider ölkə olduğuna və Şərqlə Qərbin körpüsü rolunu oynadığına görə, narahatçılıq keçirirlər. Yeni müstəqillik əldə etmiş ölkələrin inkişafına dəstək vermək əvəzinə Amnesty İnternational təşkilatı işini gücünü buraxıb, başlayıb uğurları ilə dünyada söz və nüfuz sahibinə çevrilən Azərbaycana qarşı qarayaxma kampaniyası aparmağa. Guya Azərbaycanda insan hüquqları pozulur. Amnesty İnternational təşkilatının ermənin də təmsil olunduğu rəhbərliyinin gözləri görmür ki, Azərbaycanda 1 milyon 200 min qaçqın var. Niyə tarixi Ermənistan ərazilərindən və işğal oluna Azərbaycan torpaqlarından qaçqın və məcburi köçkünə çevrilən insanların hüquqlarını niyə müdafiə eləmir? Azərbaycanın 30 ildən çoxdur 20 faiz torpaqları erməni işğalı altındadır. İşğalçı Ermənistana qarşı sanksiyalar tətbiq etmək lazımdır ki, o işğalçı ordusunu burdan çıxartsın, sülhlə əlaqədar olaraq konstruktiv mövqe nümayiş etdirsin. Ancaq bununla əlaqədar olaraq Amnesty İnternational təşkilatı heç düşünmür. 30 ildir Ermənistan beynəlxalq təşkilatların qeyri-şərtsiz Azərbaycan torpaqlarını boşaltmaq barədə qərarlarına heç bir əhəmiyyət vermir. Yəni nə BMT-nin, Avropa İttifaqının, nə də Avropa Şurasının qərarlarına əhəmiyyət vermir. Buna görə
Amnesty İnternational təşkilatı nə üçün bir tədbir görmür? İşğalçı Ermənistan burda qalıb, düşüb əraziləri işğala olmuş Azərbaycanın üzərinə. Amnesty İnternational təşkilatı Azərbaycanın inkişafına, uğurlarını səmimiyyətlə qəbul eləsin, ona obyektiv yanaşsın, obyektiv qiymətləndirsin”.

GÜLYANƏ