Xalqı inqlab alətinə çevirmək olmaz

23 May 2019 16:35 (UTC+04:00)

Daşnaqsütun partiyası ölkənin avantürizm yolu ilə getdiyindən və bu yolda heç bir perspektivin olmamasından narahatlıq keçirir. SİA xəbər verir ki, bu barədə partiyanın ali orqanının üzvü Lilit Qalstyan baş nazir Paşinyanın məhkəmə binalarının giriş və çıxışlarının blokadaya alınması çağırışı ilə bağlı tert.am-a verdiyi müsahibəsində deyib.

“Bütün olanlara başa düşməyə çalışdım. Legitim baş nazirin davranışı siyasi və hüquqi cəfəngiyatdır. İnqlabi və küçə alətlərinə müraciət başa düşülən deyil”-deyə Qalstyan bildirib.

Lilit Qalstyan deyib ki, onlar məhkəmə-hüquqi islahatlara qarşı deyillər. Onlar hətta Nikol Paşinyanın hakimiyyətinə qədər də buna çalışırdılar.

"Baş nazirin çağırışı ictimai dəstək çağrısı olsaydı bunu anlaya bilərdim. Ancaq baş nazirin çağırışı ölkənin memarlığının əsas oxunu silkələyir. Baş nazir səlahiyyətlərini aşdı. Bəlkə də bu, bir müxalifətçinin mövqeyi ola bilər, amma baş nazirin əsla mövqeyi deyil", - deyə Lilit Galstyan fikrini izah edib.

Lilit Qalstyan deyib ki, mövcud konstitusiya baş nazirə "cərrahi müdaxilə" deyil, dəyişikliklər etmək, islahatlar həyata keçirmək üçün imkanlar verir. O qeyd edib ki, bir il yalnız məhkəmə-hüquq sistemində deyil, eləcə də digər sferalarda islahatlar keçirmək üçün kifayət qədər vaxt hesab olunur.

“İnsanları daimi olaraq inqlab alətinə çevirmək olmaz. Xalq seçki yolu ilə, dövlət institutları vasitəsilə hakimiyyəti reallaşdırır. Amma seçilmiş bu yol dövlət institutlarının sökülməsidir”, - deyə Lilit Qalstyan qeyd edib.