Xüsusi olimpiyaçılarımız beynəlxalq futbol turnirində mübarizə aparacaq

23 May 2019 16:10 (UTC+04:00)

Mayın 24-də Hollandiyanın Tilburq şəhərində xüsusi olimpiyaçılar arasında beynəlxalq futbol turniri start götürəcək. Azərbaycan Xüsusi Olimpiya Komitəsindən SİA-ya verilən məlumata görə, turnirdə ölkəmizi qızlardan ibarət futbol komandası təmsil edəcək. Komandamız yarışlarda iştirak etmək üçün artıq Hollandiyaya yola düşüb.

Qeyd edək ki, turnirə mayın 27-də yekun vurulacaq.