Paşinyanın reytinqinin düşməsindən komandası narahatdır

23 May 2019 15:43 (UTC+04:00)

Paşinyanın çağırışına az sayda adamın cavab verməsi müzakirə mövzusuna çevrilib. SİA-nın məlumatına görə bu barədə Ermənistana məxsus “Jamanak” qəzetində yazı dərc olunub. Qəzet yazır ki, Paşinyanın çağırışına az adamın cavab verməsi, məhkəmələr qarşısında toplaşanların sayının hətta məhəmə personalının sayından da az olması “Mənim addımım” blokunda ciddi müzakirələrə səbəb olub.

“Mənim addımım” bloku çağırışa az sayda adamın cavab verməsini Paşinyanın reytinin aşağı düşməsi kimi deyil, yerli strukturların başçılarının təşkilati bacarıqlarının olmaması ilə əlaqələndirməklə izah etməyə və təskinlik tapmağa çalışır.