İrəvanda Qaqik Harutyunyanın istefası tələbi ilə aksiya keçirilir

23 May 2019 15:22 (UTC+04:00)

Bir qrup vətəndaş hazırda İrəvanda Ali Məhkəmə Şurasının qarşısında etiraz aksiyası keçirir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan informasiyaya istinadən xəbər verir ki, binaya giriş polis tərəfindən mühafizə olunur.

Aksiya iştirakçıları Ali Məhkəmə Şurasının sədri Qaqik Harutyunyanın istefasını tələb edirlər.

"Biz keçid dövründə ədaləti tələb edirik, lakin məhkəmə hakimiyyəti bunu maneə törədir. Çünki bu, əvvəlki hökumətin bir hissəsidir. Bu gün hakimlər təkəbbürlə davranırlar. Biz, Ermənistanın vətəndaşları olaraq, məhkəmə sistemini təmizləməyi tələb edirik ", -deyə mitinq iştirakçılarından biri jurnalistlərə bildirib.