Könül Xasıyeva: "Hələ ölməmişəm" VİDEO

23 May 2019 17:30 (UTC+04:00)

Xalq artisti Könül Xasıyeva uzun müddətdir Şəkiyə köçüb, orada yaşayır. SİA-nın məlumatına görə, xanəndə verilişlərin birində açıqlamasında bildirib ki, heç bir həmkarı onu yada salmır: "Məni axtaran da, axtarmayan da sağ olsun. Yəqin hər kəsin özünə görə problemi var. Artıq yaydır, hamını Şəkiyə gəzməyə dəvət edirəm. Hələ ölməmişəm. Gəlin, necə lazımdır qulluğunuzda durmağa hazıram".