"Çelsi" qapıçısı ilə müqavilənin müddətini uzadıb

23 May 2019 12:36 (UTC+04:00)

"Çelsi" qapıçısı Villi Kabalyero ilə müqavilənin müddətini uzadıb. SİA-nın məlumatına görə, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. SİA-nın məlumatına görə, 37 yaşlı argentinalı qolkiperlə müqavilənin müddəti 2019/20 mövsümünün sonuna kimi artırılıb.

Qeyd edək ki, Kabalyero 2017-ci ilin yayında "Mançester Siti"dən azad agenti kimi "Çelsi"yə keçib.