"Bu sərgilər mütəmadi xarakter daşıyır" - Açıqlama

23 May 2019 10:52 (UTC+04:00)

"Dünya şöhrətli rəssam Zurab Seretelinin əsərlərindən ibarət sərginin Bakıda təqdim olunması paytaxtımızın mədəni həyatında mühüm hadisələrdən biridir. Heydər Əliyev Fondu mütəmadi olaraq belə sərgilər təşkil etməklə, ölkəmizin mədəniyyətinin təbliği istiqamətində də çoxsaylı layihələr həyata keçirir, uğurlu addımlar atır". SİA-nın məlumatına görə, bu barədə mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

O, əlavə edib ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə görkəmli rəssamın əsərləri ilk dəfə ölkəmizdə sərgilənib.