Nigar Camal da DNT analizi verdi

23 May 2019 13:30 (UTC+04:00)

"Eurovision 2011" qalibi Nigar Camal da yarışma tərəfindən aparılan DNT analizinə müraciət edib.
SİA-nın məlumatına görə, bu haqda müğənninin özü xəbər verib: "Eldara artıq cavab gəldi. İndi mən də baxım genetika bizi haralara aparır. Ulu babalarım, nənələrim hansı hoqqadan çıxıb, 4 həftə sonra biləcəm".

Qeyd edək ki, bundan əvvəl "Eurovision 2011" qalibi Eldar Qasımov da DNT analizinə müraciət edib. "Şokdayam... Bir müddət öncə "Eurovision"ın rəsmi tərəfdaşından layihədə iştirak etmək dəvətini məmnuniyyətlə qəbul etdim. DNT analizinin əsasında köklərimi öyrəndilər və test nəticələri gəldi.

78,4 faiz Qərbi Asiya, 11,6 faiz Skandinaviya, 7,1 faiz Mərkəzi Asiya, 2,1 faiz Baltikyanı ölkələr, 0,8 faiz İtaliya əsillidir" deyə, o, bildirmişdi.