Türkiyədə daha bir PKK terrorçusu həbs olunub

23 May 2019 04:00 (UTC+04:00)

Türkiyənin Giresun vilayətinin Güce rayonu ərazisində daha bir təhlükəli terrorçu təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.

SİA Türkiyə kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, “Aras Faraşin” ləqəbli PKK terrorçusu Aras Aslan Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub.