Türkiyə “S-400” raketləri üçün Rusiyaya hərbçi göndərib

23 May 2019 03:26 (UTC+04:00)

Türkiyə “S-400” Zenit-Raket Sistemi ilə bağlı təlim almaq üçün Rusiyaya hərbçi göndərib. TASS xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib. Onun sözlərinə görə, bir neçə ay davam edəcək təlimlər artıq başlayıb.

Qeyd edək ki, ABŞ hökuməti Türkiyəyə Rusiya "S-400" zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib.