Qaradağda iki maşın toqquşub

23 May 2019 01:04 (UTC+04:00)

Qaradağ rayonunun Ələt qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, iki maşının toqquşması nəticəsində 1968-ci il təvəllüdlü Novruzova Validə ağır xəsarət alıb.

Yaralı kəllə-beyin travması diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.