Səfirlikdə seçki məntəqəsi açılacaq

22 May 2019 17:27 (UTC+04:00)

Qazaxıstanda iyunun 9-da keçiriləcək növbədənkənar prezident seçkiləri günü bu ölkənin Azərbaycandakı səfirliyində də seçki məntəqəsi fəaliyyət göstərəcək. SİA-nın verdiyi xəbərə görə, bu barədə qarşıdakı seçkilərə həsr olunan mətbuat konfransı zamanı Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev bildirib.

“Azərbaycanda yaşayan Qazaxıstan vətəndaşları yerli vaxtla saat 7-dən axşam saat 8-dək səs verə biləcəklər”, - deyən diplomat ölkəsində seçkilərlə bağlı bütün hazırlıq işlərinin artıq başa çatdığını da qeyd edib.