Radikal müxalifət yenə antiazərbaycançı mövqe nümayiş etdirir

22 May 2019 16:58 (UTC+04:00)

Əli Kərimli ilə İlqar Məmmədov "kimin daha yaxşı "donos" yazması" yarışına çıxıb

Bakıda keçiriləcək Avropa Liqasının final mərhələsinin tarixi yaxınlaşdıqca, Azərbaycana qarşı xaricdən və daxildən qarayaxma kampaniyası artır. Ən diqqətçəkən məqam odur ki, anti-Azərbaycan qüvvələr heç bir əsası olmayan, reallıqdan uzaq iddialar irəli sürür və bunu, xüsusilə, sosial şəbəkələr üzərindən tirajlamaqla Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa cəhd etməyə çalışırlar. İllər uzunu müstəqil Azərbaycana qarşı hazırlanan planlarının icrası daim fiaskoya uğrayır. İstəklərinin əksinə olaraq, Azərbaycan daha qüdrətli dövlətə çevrilir, günü-gündən inkişaf edir, təkcə mövcud olduğu regionda yox, onun hüdudlarından kənarda da, böyük nüfuz sahibi kimi çıxış edir.
Azərbaycanın qazandığı uğurların miqyası artdıqca, anti-Azərbaycan şəbəkənin qəddi daha çox əyilir. Bundan narahat olanlar təkcə həmin şəbəkə yox, həm də müxtəlif maddi təkliflər və vədlər müqabilində Azərbaycanda "siyasi təşkilat", "hüquq müdafiəçisi" adı ilə fəaliyyət göstərib, əslində isə, bu antimilli şəbəkənin xidmətində duranlardır. Bununla belə, məlum qüvvələr hələ də tarixin ibrət dərsindən nəticə çıxarmaq istəyində deyillər. Hələ də hakimiyyətdə olduqları bir ilin eyforiyasını yaşayanlar, hələ də köhnə təfəkkürlərindən əl çəkə bilmirlər.
Atalar demişkən, "qaşınmayan yerdən qan çıxarmaq", həqiqətən də, yaramazlıqdır. Bakıda keçiriləcək Avropa Liqasının final mərhələsinin tarixi yaxınlaşdıqca dağıdıcı müxalifət Azərbaycana qarşı xaricdən və daxildən böhtanlar yağdırmaqla məşğuldur. Müasir Müsavt Partiyasının sədri Hafiz Hacıyev istər AXCP sədri Əli Kərimlinin, istərsə də "REAL" sədri İlqar Məmmədovun tarix böyu yaramazlıqlar etdiklərini və xarici qüvvələrə satıldıqlarını bildirib.

Hafiz Hacıyev: "Azərbaycanda Əli Kərimli, İlqar Məmmədov, ümumiyyətlə, radikal müxalifət tarix boyu xarici qüvvələrə işləyib"

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qeyd edib ki, ölkənin inkişafını gözü götürməyən qüvvələr həmişə olub və bu gün də var: "Bundan əvvəlki dövrlərdə də olub, olacaq da. Radikal qüvvələr, deyərdim ki, radikal yox, ermənilərə işləyən satılan və satan əxlaqsız və mənəviyyatsız qüvvələrdir. Ermənilərin dəyirmanına su tökən bu satqınlar görmürlər ki, Azərbaycanda misli görünməmiş dərəcədə inkişaf gedir. Avropadakı inkişafla Azərbaycandakı inkişafı müqayisə edəndə, görürük ki, ölkəmizdə gedən inkişafın busəti Avropanın inkişafına yaxın, bəzi hallarda isə, ondan üstündür. Ancaq Ə.Kərimli, İ.Məmmədov, Leyla Yunus, Xədicə İsmayıl və "siyasi mühacir" adı ilə Avropada "söyüş söyən" biqeyrət əxlaqsız Orduxan, Vidadi, və bu kimi parazitlər qranta satılan cinayətkarlardır. Azərbaycan bu gün elə bir mərhələdədir ki, o inkişafın pik həddinə çatıbdır. Bu isə, ölkə Prezidentinin fəaliyyəti və şəxsən xanımının tək fəaliyyəti nəticəsində baş verən proseslərdir. Bir-iki nazir də çox yaxından kömək etməklə, qalanları istisna təşkil edir. Amma bu gün Azərbaycanda radikal qüvvələr istəmirlər ki, ölkəmiz surətlə inkişaf etsin, ölkəmizdə əmin-amanlıq olsun. Azərbaycan dünya dövlətləri arasında öz sözünü deyib və bundan sonra da deyəcək. Bəs bunlara nə lazımdır? Bunların məqsədi aranı qarışdırmaq, hakimiyyətə gəlmək və pozuculuq fəaliyyəti göstərməkdir. Axı bunlar da fəaliyyət göstərməslər, Avropadakı ermənilərin güclü diasporalarından pul ala bilməzlər. Cəmil Həsənlinin nə ixtiyarı var ki, onun qızını boşasınlar. Qızı erməniyə gedib. Qızının qaynatası Avropa banklarının birində çox böyük bir vəzifədədir. Ermənidir və erməni diasporasına külli miqdarda yardım edən bir insandır. Onun oğlu da C.Həsənlinin kürəkənidir. Və yaxud Kərimov Əlinin arvadı Samara getdi Londonda uşaq dünyaya gətirdi. Orada vətəndaşlıq aldı. L.Yunus kimilər erməniyə Nobel mükafatının verilməsini dəstəkləyirlər. Belə olan halda, İ.Məmmədov kimilərin yaramazlıqları bir nəticə verməyəcək".
H.Hacıyev, onu da vurğulayıb ki, istər Ə.Kərimlinin, istərsə də İ.Məmmədovun iddiaları əsl biabırçılıq və alçaqlıqdır ki, ucuz reklam xatirinə öz ölkəsindən də, "donos" yazmağa hazırdırlar: "Dünyanın diqqətinin yönəldiyi vaxt öz ölkələrini ləkələməyə çalışan Ə.Kərimli və İ.Məmmədov kimi vicdansızların bu hərəkətləri satqınçılıq və əxlaqsızlıqdır. Viktor Hüqonun gözəl bir sözü var: "Vətənini rüsvay etmək, ona xəyanət etmək deməkdir".
Bəli, xəyanətkarın ağı-qarası olmaz. Xəyanətkar, elə xəyanətkardır. Buyurun görək, "xəyanət yarışında" kim özünün mahiyyətini daha çox ortaya qoyacaq?..

Rəfiqə HÜSEYNOVA