AMADA-nın və ABF-nin təşkilatçılığı ilə seminar keçirilib - FOTOLAR

22 May 2019 17:11 (UTC+04:00)

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) və Azərbaycan Badminton Federasiyasının (ABF) birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib. SİA ABF-nin saytına istinadla xəbər verir ki, tədbirdə dinləyici qismində badminton üzrə milli komandamızın üzvləri, məşqçilər və federasiya rəsmiləri iştirak ediblər.

Seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri, dopinq nəzarəti prosesi haqda idmançılara ətraflı məlumat verilib.

Təhsil və təlim üzrə menecer Lalə Hacıyeva bu sahədə mövcud qaydalardan və onlara riayət olunmayacağı təqdirdə tətbiq ediləcək cəzalardan danışıb. Bildirilib ki, idmançılar istənilən yerdə hər an heç bir xəbərdarlıq olmadan dopinq testindən keçirilə bilər. Qaydalara əsasən idmançı antidopinq qaydalarına riayət etməli, qadağan edilmiş maddə və üsullardan istifadə olunmamasını təmin etməli, müalicəni antidopinq qaydalarına zidd şəkildə aparılmadığına əmin olmalı, məkan məlumatını təmin etməlidir.

Sonra iştirakçıların sualları cavablandırılıb.