Bakıda keçiriləcək AÇ II Avropa Oyunlarına təsnifat xarakteri daşıyacaq

22 May 2019 16:54 (UTC+04:00)

Mayın 24-dən 26-dək Bakıda təşkil olunacaq Aerobika üzrə Avropa Çempionatı Minskdə keçiriləcək II Avropa Oyunlarına təsnifat xarakteri daşıyacaq. SİA-nın məlumatına görə, qitə birinciliyinin yekunlarına görə, Avropa Oyunlarına səkkiz qarışıq cüt və eyni sayda qrup seçiləcək.

Qeyd edək ki, Avropa Çempionatında medallar həm fərdi, həm qarışıq cütlüklərdə və qruplarda, həmçinin “Aerodance” yarışlarında oynanılacaq.