Ötən il Naftalana müalicə məqsədilə 35 min turist gəlib STATİSTİKA

22 May 2019 16:33 (UTC+04:00)

Ötən il Naftalana müalicə məqsədilə 62 ölkədən 35 min turist gəlib. Sağlamlıq turizmini digər turizm növlərindən fərqləndirən ən başlıca xüsusiyyət onun ilin bütün fəsillərində rentabelli olmasıdır. SİA-nın araşdırmasına görə, bu turizm növündə gecələmə sayı 7, 14 və 21 gündür. Bu da turistlərin mövsüm və qeyri-mövsümdə ölkəyə cəlb olunmasında böyük əhəmiyyət kəsb edir. Bir faktı nəzərinizə çatdırım ki, təkcə ötən il Naftalana müalicə məqsədilə 62 ölkədən 35 min turist gəlib. Bu, Azərbaycanın yalnız bir müalicə təsisatına gələn turist sayıdır.

Qeyd edək ki, Azərbaycanda hazırda 600-dən çox mehmanxana fəaliyyət göstərir. Bu mehmanxanalardakı yerləşdirmə yerlərinin sayı 33 mini keçir. Təbii ki, ölkəyə gələn turistlərin sayı artdıqca, coğrafiyası genişləndikcə xidmət sektoru da keyfiyyətini artırır. Çünki turist istədiyi keyfiyyətli xidməti görmədikdə, yenidən gəlmir. Xidməti qaldırmaq üçün müxtəlif aidiyyəti dövlət qurumları və ictimai təşkilatlar tez-tez treninqlər, kurslar təşkil edirlər ki, bu da nəticədə öz sözünü deyir.